“Rəsmi Bakı Qarabağla bağlı strukturlaşdırılmış danışıqların tərəfdarıdı”

“Qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik”

Source:


“Qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik”

Xarici işlər naziri Elmar Məmmədyarov  Dağlıq Qarabağ danışıqlarıyla bağlı “Turan İA”ın sualına cavabında bildirib ki, Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “strukturlaşdırılmış” danışıqların aparılmasına razılığını verib.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən rəsmi Bakının gözləntilərini açıqlayarkən deyib ki, Azərbaycan hər bir görüşün nəticə ilə bitməsini istəyir.

“Prezidentlər əvvəl  Soçi, sonra Uelsdə görüşüblər, bu ayın sonunda isə Parisdə görüş olacaq. Biz münaqişənin irəliləməsini istəyirik. Madrid planı mövcuddur və Azərbaycan Böyük sülh sazişi üzərində işi başlanmasını istəyir”.

O, qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər.

“Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik”.

Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması ilə  bağlı nazir Məmmədyarov bildirib ki, prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılmasını tələb edib. Nazirin sözlərinə görə, dövlət başçısı vasitəçilərdən Dilqəm Əhmədov və Şahbaz Quliyevin dərhal azad edilmələrini Ermənistandan tələb etmələrini vurğulayıb.

“İki vətəndaşımız  öz doğmalarının qəbirlərini ziyarət etməyə, doğulduqları evlərinə gediblər və onlar diversant deyillər. Bu barədə söylənilənlər yanlışdır”, – deyə o bildirib.

Ana səhifəXəbərlər“Rəsmi Bakı Qarabağla bağlı strukturlaşdırılmış danışıqların tərəfdarıdı”