Elxan Şahinoğlu: “Bakı Moskvaya demək istəyir ki, gəl, Qarabağ məsələsinin həllində addım at, əgər bu olsa, Avrasiya İttifaqına üzvlük məsələsi də müzakirə oluna bilər”
Source:
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 26 May 2015 00:20
Elxan Şahinoğlu: “Bakı Moskvaya demək istəyir ki, gəl, Qarabağ məsələsinin həllində addım at, əgər bu olsa, Avrasiya İttifaqına üzvlük məsələsi də müzakirə oluna bilər”
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarının Rusiyanın əlində olduğu hamıya bəllidir və Moskva İrəvana təkid etsə, ikinci cəsarət göstərib etiraz edə bilməyəcək”.
Bu açıqlamanı Moskvada Lavrov-Məmmədyarov görüşünü Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu verib.
Elxan Şahinoğlu bildirib ki, Ermənistan prezidenti Avropa İttifaqı ilə Assosiatov Anlaşmanı imzalamaq üçün uzun müddət danışıq apardı. Amma Sərkisyan Moskvaya çağrılmaqla mövqeyini dəyişdi və Rusiyanın istədiyi Avrasiya İttifaqına üzv olacağını bəyan etdi. Bu, Ermənistanın müstəqil dövlət olmadığının və Kremlin istəklərini həyata keçirdiyinin göstəricisidir: “O cümlədən, Dağlıq Qarabağ məsələsində qarşımızda Ermənistandan çox Rusiyanın dayandığını bilməli və gizlətməməliyik. Maliyyə və hərbi imkanlarımız müharibə yolu ilə torpaqlarımızın azad olunmasını mümkün etsə də, bunu Rusiya amilinə görə etmirik. Çünki Ermənistanı məğlub etsək belə, qarşımıza Rusiyanın planları çıxacaq, necə ki, Ukrayna indiki durumla üzləşdi. Yəni müharibənin başlanacağı halda Moskvanın özünü necə aparacağı bizdə böyük suallar yaradır. Prezident Əliyevin Riqa Sammitində iştirak etməməsi, Avropa İttifaqı ilə saziş imzalamaması belə görüntü yarada bilər ki, Rəsmi Bakı Moskvaya jest edir. Xatırlayırsızsa, Rusiya XİN-in sözçüsü Lukaşeviç Avropa İttifaqı ilə saziş imzalayanları hədələyirdi, Azərbaycan da imzalamadı. Belə olanda, Bakı Moskvaya demək istəyir ki, gəl, Qarabağ məsələsinin həllində addım at, əgər bu olsa, Avrasiya İttifaqına üzvlük məsələsi də müzakirə oluna bilər. Bəli, Elmar Məmmədyarov Moskvada ümidverici açıqlamalar verir, amma Rusiyanın münaqişənin ədalətli həllini sürətləndirəcəyinə inanmıram. “Ədalətli həll” nəyə deyirik? Bu, odur ki, heç olmasa ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. Rusiya istəsə, bunu edə bilər. Lavrov-Məmmədyarov görüşünün nəticəsi olaraq keçirilən mətbuat konfransı məndə belə bir təəssürat yaratmır ki, Rusiya “qollarını çırmalayıb” münaqişənin həllinə girişəcək. Lavrov da “hər iki tərəfin razılaşacağı sülhlə biz də razılaşacağıq” deyə ikibaşlı bəyanat verir. Bu, o deməkdir ki, Ermənistanla razılaşın. Halbuki, Ermənistanla razılaşa bilsəydik, çoxdan razılaşardıq. Bu cür suallar açıq qalır”.
Mərkəz sədrinin sözlərinə görə, Rusiya münaqişənin ədalətli həll olunmasını ona görə istəmir ki, bu halda Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmış olacaq: “Bu isə Ermənistanın Rusiyanın nəzarətindən çıxmasıdır”.
Elxan Şahinoğlu nazirlərin nikbinliyinin səbəbi ilə bağlı suala belə cavab verdi: “Bu nikbinlik uzun müddətdir davam edir. Xatırlayın, Medvedev prezident olandan sonra Bakıya dəvət olundu, onunla müqavilələr imzalandı. Azərbaycan Medvedevə göstərmək istəyirdi ki, Bakı ilə əməkdaşlıq İrəvanla əməkdaşlıqdan daha əlverişlidir. Bu mənada Medvedevin iki ölkə prezidenti arasında 10 görüş təşkil etməsi də təsadüfü deyil, bəlkə xoş niyyəti də vardı. Amma Medvedev Rusiya deyil, onun arxasında Putin və hərbi sənaye kompleksi dayanır ki, gələcək addımları atmasına imkan vermədilər. İndi də hakimiyyətdə belə bir ümid var ki, Rusiyaya qarşı getməməklə, Avropa Birliyindən məsafə saxlamaqla Qarabağ məsələsində hansısa addımın atılmasına nail olacaq. Yaxınlarda Putinin Bakı səfəri gözlənilir və Məmmədyarov mətbuat konfransında “çox ciddi məsələlərin müzakirəsi gözlənilir” deyə ikibaşlı fikir işlətdi. Amma bu cür qarşılıqlı səfərlər çox olub və mən deyilən məqamın indi yetişdiyini düşünmürəm. Bu cür məqamlar çox olub, hətta Putin birinci dəfə prezident seçiləndə ilk səfərini də Bakıya etmişdi. Və Putinin prezident Heydər Əliyevdən müəyyən xahişləri oldu, çeçenlərin Bakıdakı nümayəndəliyi qapadıldı. Bunun qarşısında Putin heç bir addım atmadı, indi hansı addım atacaq, bu, mənə aydın deyil”.
Mayın 25-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, danışıqlarda Dağlıq Qarabağ məsələsi fəal müzakirə olunub, məsələ yetişib və onu həll etmək lazımdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbinlik notlarını mən də bölüşürəm. Mövzu var, problem var, onu həll etmək lazımdır. O artıq yetişib”.
Öz növbəsində S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır.
“Biz münaqişə tərəfləri arasında razılaşmaya nail olunmasına yardm göstərilməsinə öz xarici siyasi prioritetlərimizin biri kimi baxırıq”, – S.Lavrov qeyd edib. Qarşılıqlı məqbul razılaşmanın axtarılmasına yardım göstərilməsini davam etdirəcəyik”, – o vurğulayıb.
“Münaqişənin çox uzanmasını heç kim inkar etmir”, – o bildirib. “Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır. Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”, – o vurğulayıb.
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.