4 nəfərin öldüyü bildirilir
Fevralın 1-də Azərbaycanda 77 adam COVİD-19 infeksiyasına yoluxub, 160 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir. Operativ Qərargah 4 nəfərin öldüyünü bildirib.
Qərargah Azərbaycanda indiyə qədər 230 min 296 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 223 min 475 nəfər müalicə olunaraq sağalıb, 3136 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3685 nəfərdir".
Ötən müddətdə 2 milyon 412 min 34 testin aparıldığı vurğulanıb:
"Bugünkü test sayı isə 3984-dür".