RƏSMİ: Ağdamda bir hərbi, iki mülki şəxs minaya düşüb

“Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

Source: meydan tv


Baş Prokurorluq və DİN birgə məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Ağdam rayon sakinlərinin minaya düşməsi ilə bağlı cinayət işi açıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyin mətbuat xitmətlərinin

məlumat

larında qeyd olunub ki, dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Toğrul Əhmədov və 1990-cı il təvəllüdlü Elçin Məmmədov işğaldan azad olunan Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər:

“Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıldığı və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edildiyi qeyd olunub.

Ana səhifəSiyasətRƏSMİ: Ağdamda bir hərbi, iki mülki şəxs minaya düşüb