Rəşad Ergün: “Qəbələ” klubunun rəhbərliyi Hüseynovu komandadan uzaqlaşdırmalıdır

“Futbolçu cəzalanmalıdır ki, onun qohumlarına da dərs olsun, jurnalisti döymək və öldürmək olmaz”

Source:


“Futbolçu cəzalanmalıdır ki, onun qohumlarına da dərs olsun, jurnalisti döymək və öldürmək olmaz”

İdman jurnalisti, komanda.az saytının baş redaktoru  Rəşad Ergün hadisəni Meydan TV-yə şərh edərkən bildirib ki, hazırda milli komandada məşqçi köməkçisi işləyən Mahmud Qurbanov futbol oynayan zaman, yəni 2012-ci ildə komanda.az-ın redaksiyasına hücum edərək texniki avadanlığa zərər yetirmişdi, amma müvafiq orqanlar tərəfindən heç bir ölçü götürülmədi: “Şəxsən mən Mahmudla danışıb, bir az sakit olmasını xahiş etmişdim. Amma onun “həmin yazını kim yazıbsa, onun anasını-bacısını…” söyüşündən sonra, məcbur qalıb, ona anladığı dildə cavab verdim. Və başqasına ana-bacı söyüşü söyən futbolçu, öz anasına-bacısına olan söyüşləri həzm etmək istəməmişdi guya. Bu da ölüm… Rasim Əliyevin ölümü Cavid Hüseynovun qohumlarının vicdanına yazılıbsa, futbolçunun özü də  cəzalanmalıdır. Çünki Cavid Hüseynovun hadisədən xəbəri olub, əgər adamın bibisi oğlu jurnalistə zəng edib görüşə çağırıbsa, futbolçu bundan xəbərsiz ola bilməz”.

Rəşad Ergün hesab edir ki, “Qəbələ” klubunun rəhbərliyi Hüseynovu komandadan uzaqlaşdırmalıdır: “Düzdür, hüquqi baxımdan futbolçunun günahı yoxdur, amma mənəvi məsuliyyət daşıyır.  Futbolçu cəzalanmalıdır ki, onun qohumlarına da dərs olsun, jurnalisti döymək və öldürmək olmaz”.

Ana səhifəXəbərlərRəşad Ergün: “Qəbələ” klubunun rəhbərliyi Hüseynovu komandadan uzaqlaşdırmalıdır