Repetitorla məktəb arasında müqavilə bağlanacaq

”Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə valideynlərə əlavə xidmətlər göstərilir”

Source:

Məhəbbət Vəliyeva
Məhəbbət Vəliyeva


”Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə valideynlərə əlavə xidmətlər göstərilir”

“Hansısa ümumi təhsil müəssisələrinin gələcəkdə özəlləşdirilməsi məsələsi hazırda aktual deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

İdarə müdirinin sözlərinə görə, uşaqların təhsilinin əlçatan olması baxımından dövlət məktəblərinin qalması daha məqsədə uyğundur: “Odur ki, gündəmdə hələlik belə bir məsələ yoxdur. Bəlkə gələcəkdə bu məsələyə baxıla bilər”.

M. Vəliyeva qeyd edib ki, gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur.

O bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib. Onun sözlərinə görə, həmin qərara əsasən təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və ya üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzala bilər: “Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki, müəllimlərə də şamil olunacaq”.

M.Vəliyeva əlavə edib ki, yeni tədris ilindən məktəblərin işinə zidd olmayan fəaliyyətlər, müxtəlif idman, yaradıcılıq dərnəkləri təşkil edilib.

Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlərin olduğunu deyən M.Vəliyevanın sözlərinə görə, müqavilələr imzalanıb və fəaliyyətə başlanılıb: “Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə valideynlərə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətləri idarə tərəfindən müəyyənləşdirilir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur”.

Ana səhifəXəbərlərRepetitorla məktəb arasında müqavilə bağlanacaq