Daxili İşlər Nazirliyi

Mənbə: Foto: arxiv

Başlıq: Daxili İşlər Nazirliyi

Repçi Pərviz Quluzadənin saxlanılması təsdiqləndi

Pərviz Quluzadə ictimai asayişin pozulmasında günahlandırılır

Daxili İşlər Nazirliyi (DİN) “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxladığını təsdiqləyib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya deyib ki, dekabrın 26-da Pərviz Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.

“Ancaq Quluzadə polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib”, - Ehsan Zahidov deyib.

Bildirilib ki, Binəqədi Rayon Məhkəməsi P.Quluzadəni İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək barəsində 30 sutka həbs qərarı çıxarıb.

Pərviz Quluzadə

Pərviz Quluzadə

Mənbə: Foto: google.az

Ancaq Pərviz Quluzadənin yaxınları dünənMeydan TV-yə bildirib ki, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Onun artıq dörd gündür “Bandotdel” kimi tanınan həmin idarədə saxlanıldığı bildirilir.

Buna səbəb, onun dekabrın 9-da yazdığı “Gang” adlı repində “Paşabank” haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir.

Yaxınları Quluzadəyə saxlanıldığı zaman təzyiq göstərildiyini güman edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dynx7j

Ən çox baxılan