“Rejim Rusiyadan və ya İrandan deyil, öz vətəndaşlarından qorxur”

ABŞ-ın sabiq səfiri: “Mənim üçün Rauf Mirqədirovun həbsi Əliyev rejiminin fərqli siyasi düşüncənin, KİV azadlığının, ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş alçalan əməllərinin son halqasıdır”.

Source:


Sabiq səfir Azərbaycan hakimiyyətini sərt tənqid etdi.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) “Turan İA”a müsahibəsində Azərbaycanda jurnalistlərin və siyasi fəalların yeni təqib faktları ilə əlaqədar siyasi vəziyyətdən ciddi narahatlığını bildirib. Bu fonda onlarla Amerika diplomatı, konqresmeni və vəzifəli şəxsi mayın 29-30-da Vaşinqtonda “Gələcəyə baxış” konfransında iştirak etməyə hazırlaşır.

Bu hadisəni bir çox icmalçılar Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın sponsorluq etdiyi PR tədbiri hesab edirlər.

“Mən 1992-ci ildən etibarən ABŞ-Azərbaycan münasibətləri ilə məşğul oluram və hazırda Azərbaycanda baş verənlərdən daha pis vəziyyət görməmişəm. Bakıda Minsk qrupunun amerikalı həmsədri Uorluki tənqid edirlər, Konqres əməkdaşlarını isə casusluqda ittiham edirlər, eyni zamanda hakimiyyət Amerika-Azərbaycan strateji tərəfdaşlığını dəstəkləmək üçün Vaşinqtonda Azərbaycan-Amerika konfransını maliyyələşdirir” deyə Kozlariç bildirib.

Jurnalist Rauf Mirqədirovun həbsinə toxunan Kozlariç deyib ki, bu görkəmli müstəqil jurnalistin Türkiyədən zorla deportasiyasından sonra həbsi bütün dünyada hüquq müdafiə qrupları arasında ciddi narahatlıq doğurub: “Mənim üçün Rauf Mirqədirovun həbsi Əliyev rejiminin fərqli siyasi düşüncənin, KİV azadlığının, ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş alçalan əməllərinin son halqasıdır”.

Sabiq səfir deyib ki, rejim Rusiyadan və ya İrandan deyil, öz vətəndaşlarından qorxur. Hakimiyyət hətta hotellərə rejimi tənqid edən QHT-lərin tədbirlərini keçirməsi üçün yer verməyi qadağan edir. Bütün bunlar Azərbaycanda vətəndaş hüquqlarının getdikcə daha çox pozulmasına xarici reaksiyasının rejimi narahat etmədiyinin daha bir göstəricisidir.

Ana səhifəXəbərlər“Rejim Rusiyadan və ya İrandan deyil, öz vətəndaşlarından qorxur”