“İkinci qrup əlil Cavid Məmmədov
çayda çimib, balıq tuturmuş və daha sonra sərhədi necə keçməsi ilə bağlı heç bir məlumatımız yoxdur”
Sentyabrın 5-də Tərtər Rayon Yol Polisi rəisinin müavini Samir Məmmədovun oğlu Cavid Məmmədov Ermənistan Silahlı Qüvələri tərəfindən girov götürülüb.
Olayla bağlı Cavid Məmmədovun yaxınları “qafqazinfo”ya danışıb. Yol polisi rəisinin müavini Samir Məmmədov ürəyində problem yarandığını və hazırda xəstəxanada olduğunu bildirib və bu səbəbdən danışa bilməcəyini deyib.
Cavid Məmmədovun əmisi Sənan Məmmədov isə bildirib ki, 15 yaşlı qardaşı oğlu ikinci qrup əlil olub: “Çayda çimib, balıq tuturmuş və daha sonra sərhədi necə keçməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.
İlkin məlumatı Ermənistan mətbuatı sentyabrın 6-da yayıb. Məlumatda bildirilib ki, Azərbaycan vətəndaşı Cavid Məmmədovun ötən gün yerli vaxtla saat 18:10-da sərhədi keçmək istəyərkən saxlanılıb və müvafiq strukturlara təhvil verilib.
Xəbəri Azərbaycan Müdafiə Nazirliyi də təsdiqləyib.