Rəhim Vəliyevin şikayəti təmin olunmadı

Gənc fəalın apelyasiya şikayətinə baxılıb

Source:


Gənc fəalın apelyasiya şikayətinə baxılıb

Yanvarın 27-də Bakı Apelyasiya Məhkəməsi “NİDA” Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyevin barəsində Nərimanov Rayon Məhkəməsinin 16 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib. Bu barədə “Turan”-a vəkil Elçin Sadıqov bildirib.

2017-ci il yanvarın 16-da Nərimanov Rayon Məhkəməsi Rəhim Vəliyevin barəsində (İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni tələbinə qəsdən tabe olmamaq) 30 sutka inzibati həbs qərarı verib.

“NİDA” Vətəndaş Hərəkatı hesab edir ki, Rəhim Vəliyev “Facebook”-da tənqidi statuslarına görə həbs olunub.

Rəhim Vəliyevin həbsi “Facebook” səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin iqtisadi yekunları ilə bağlı iclasında çıxışına tənqidi statuslarından bir neçə gün sonraya təsadüf edir.

Vəkilin sözlərinə görə, məhkəmə R.Vəliyevin işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa məlumat verilməsi məsələsinə baxmayıb, vəsatəti açıq saxlayıb.

Elçin Sadıqov fəala qarşı baş vermiş qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

Ana səhifəXəbərlərRəhim Vəliyevin şikayəti təmin olunmadı