“Rəhim Qazıyevin qardaşı AXCP-ə üzv olmaq üçün Əli Kərimliyə müraciət edəcək”

“Qızıyla danışır, amma görüş üçün icazə hələ verilmir”.

Source: google.az

Həbsdə olan sabiq Müdafiə naziri Rəhim Qazıyevin saxlanılma şəraitindən narazılığı yoxdur, səhhəti normaldır.

Bu barədə Meydan TV-yə Rəhim Qazıyevin qardaşı Rahab Qazıyev danışıb.

Rahab Qazıyev bildirib ki, qardaşı ailəsi ilə telefon əlaqəsi saxlayır:

“Qızıyla danışır, amma görüş üçün icazə hələ verilmir”.

Rahab Qazıyev qardaşına qarşı ittihamları əsassız sayır və buna etiraz olaraq özü AXCP-ə üzv qəbul edilməsi üçün Əli Kərimliyə müraciət edəcəyini bildirib.

Rəhim Qazıyev iyulun 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən

saxlanılıb

.

Saxlanılmağa əsas kimi, iyulun 12 və 13-də Rəhim Qazıyevin sosial şəbəkələr vasitəsilə Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərin mahiyyəti barədə həqiqətə uyğun olmayan xəbərlər yayması göstərilib.

DTX-nın yaydığı məlumata görə, onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. 1993-cü ilin noyabrında həbs edilib. 1994-cü ilin sentyabrında MTN-da saxlanılan Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçıb. 12 may 1995-ci ildə Rəhim Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib. Rəhim Qazıyev 1996-cı il aprelində Moskvada saxlanılaraq Bakıya həbsxanaya qaytarılıb.

Rəhim Qazıyev 2004-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

Ana səhifəSiyasət“Rəhim Qazıyevin qardaşı AXCP-ə üzv olmaq üçün Əli Kərimliyə müraciət edəcək”