Rəhim Qazıyev xırda xuliqanlıqda ittiham olunub

Vəkil apelyasiya şikayəti verəcək

Source:


Vəkil apelyasiya şikayəti verəcək

Vəkil Zibeydə Sadıqova 10 sutka inzibati cəza alan sabiq müdafiə naziri Rəhim Qazıyevlə görüşüb.

Meydan TV-yə görüş haqda məlumat verən vəkil bildirib ki, 2 saatlıq söhbətdə Rəhim Qazıyev sağlıq durumunun normal olduğunu söyləsə də, amma ürəyindən şikayəti olduğunu dedi.

Zibeydə Sadıqova Nərimanov Rayon Məhkəməsindən qərarı götürdüyünü bildirib:

“Məlum oldu ki, Rəhim Qazıyev İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə təqsirli bilinir və 10 sutka həbs cəzası alıb. Saxlanılan zaman səbəb göstərilməsə də, məhkəməyə gətiriləndə deyiblər ki, telefonla küçədə bərkdən söyüş söydüyü üçün tutulub. Halbuki, belə şey olmayıb”.

Vəkil bu gün apelyasiya şikayəti verəcəyini dedi.

Rəhim Qazıyev dekabrın 25-də saat 16-da saxlanılıb və növbəti günə qədər ona saxlanılma səbəbini

deməyiblər

.

Ana səhifəXəbərlərRəhim Qazıyev xırda xuliqanlıqda ittiham olunub