Sergey Şoyqu azərbaycanlı və erməni həmkarı ilə danışıb
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənovla təcili telefon danışığı aparıb.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Dağlıq Qarabag bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub.
“Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə olunub”, – deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumatda o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.