Referendumun vaxtı məlum oldu

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) sentyabrın 26-da keçirilməsini təmin etmək tapşırılıb

Source:


Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) sentyabrın 26-da  keçirilməsini təmin etmək tapşırılıb

Prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin

saytı

nın yaydığı məlumatda bildirilir ki, Konstitusiyanın 3-cü maddəsinin II hissəsinin 1-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsi sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirməliidir.

Ana səhifəXəbərlərReferendumun vaxtı məlum oldu