Minsk Qrupunun həmsədrləri bəyanat yaydı
ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 16-da Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yekunları ilə bağlı bəyanat yayıblar.
Səfirlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) imzaladığı bəyanatda deyilir ki, həmsədrlər nazirlərlə təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində cari vəziyyəti müzakirə ediblər və münaqişənin sülh yolu ilə həllinin alternativi olmadığını təsdiqləyiblər.
Həmsədrlər tərəfləri təmkinli olmağa və öz əhalilərini müharibəyə deyil, sülhə hazırlamağa, həmçinin hərbi əməliyyatlara son verilməsinin əsasını təşkil edən 1994-95-ci illər atəşkəs sazişlərinə ciddi riayət etməyə çağırıblar (“Turan”).
Həmsədrlər öz prezidentlərinin birgə Dovil bəyanatlarını xatırladaraq qeyd edibər ki, güc tətbiqi yalnız daha çox iztirab və dağıntıya səbəb olacaq və beynəlxalq ictimaiyyət tərəfindən pislənəcək.
Bundan əlavə, onlar tərəflərlə 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilmiş yüksək səviyyəli görüşlərdə qəbul edilmiş, münaqişə zonasında vəziyyətin sabitləşməsinə yönəlmiş qərarların həyata keçirilməsi üçün görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Həmsədrlər böyük elastiklik nümayiş etdirmək və mümkün qədər tez möhkəm nizamlanmaya nail olmaq üzrə hərtərəfli danışıqları bərpa etmək zərurətini vurğulayıblar.
Diplomatlar hesab ediblər ki, Ermənistan hakimiyyətinin Azərbaycan hərbiçisinin cəsədini qaytarmaq barədə bu yaxınlarda qəbul etdiyi qərar faydalı humanist jest idi.
“Bütün bunların qarşılığında xarici işlər nazirləri öz beynəlxalq humanitar öhdəliklərinə ciddi riayət etməyə sadiq olduqlarını bildiriblər- bəyanatda qeyd olunub.
Həmsədrlər fevralın 20-də Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilməsini Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan istifadəyə öz əhalisinin ictimai həyatını təşkil etmək cəhdi kimi baxdığını qeyd etsələr də, ölkələrdən heç birinin, o cümlədən Ermənistan və Azərbaycanın Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayırlar.
Buna müvafiq olaraq, onlar 20 fevral referendumunun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna toxunduğunu qəbul etmir:
“Referendumun nəticələri heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya cari danışıqların nəticəsini həll etmir”.