Rəfael Piriyev

Mənbə: Foto: arxiv

Başlıq: Rəfael Piriyev

Rəfael Piriyev: Məni Azərbaycana qaytarsalar, işgəncə və ölüm gözləyir

“Azərbaycanda İlham Əliyev rejimi məni öldürəcək”

Hazırda Almaniyada mühacirlər düşərgəsində (kamp) olan Rəfael Piriyev Fransada saxlanılmasının səbəbləri barədə Meydan TV-nin suallarına cavab verib.

Rəfael Piriyev bu ölkəni tərk edərək Fransaya getməsini prezident İlham Əliyevin tərəfdarlarının ona təzyiq ilə əlaqələndirib.

O, Fransada da qalmaq izninin olduğunu söyləyib:

“Ancaq bir neçə gün əvvəl səhər tezdən qaldığım evə gəlib dedilər, Dublin sazişinə əsasən sən gəldiyin ölkəyə qayıtmalısan. Hazırda Almaniyada mühacirlərin saxlanıldığı düşərgədəyəm. Burda görüntülü telefondan istifadayə qadağa olsa da, adi telefonlarla əlaqə saxlamağa icazə verirlər. Mənimlə bağlı məhkəmə olub, rədd veriblər, çünki tərcüməçi olmadığından türk tərcüməçi gətirdilər, amma mən də türk dilini tam bilmirəm, elə şeylər var ki, onu türkcə anlatmaq qeyri-mümkündür. Saxlanıldığım düşərgə elə bir yerdir ki, ya sənin haqqında qərar qəbul edib saxlayırlar, oturum verirlər, ya da həmişəlik Azərbaycana göndərirlər. Mənim Azərbaycana göndərilmək təhlükəm var, çünki bura deport olunanların kampıdır. Yəni bura elə bir yerdir ki, məhkəmə olur, ölkədə saxlanılmağın haqda qərar qəbul edir, ya da deport edirlər. Əks təqdirdə, məni sərbəst buraxardılar, bura gətirməzdilər. Hazırda heç yerə buraxmırlar ki, özümə vəkil tutam, yaxud əlavə sübutlar verim. Burda tək mən deyiləm, başqaları da var”.

Rəfael Piriyev saxlanılmasında Azərbaycan hökumətindən şübhələnir.

O, etiraz olaraq noyabrın 15-dən aclıq aksiyasına başlayacağını bildirib:

“Məni Azərbaycana qaytarsalar, işgəncə və ölüm gözləyir. Kənarda olan dostlarımdan dəstək gözləyirəm. Vəkil olarsa, sərbəst buraxılaram, əks təqdirdə, Azərbaycanda İlham Əliyev rejimi məni öldürəcək”.

Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ll2teq

Ən çox baxılan