REAL və Müsavatdan siyasi məhbus siyahısına dəstək

İsa Qəmbər “Belə bir addıma çoxdan ehtiyac vardı” dedi

Source:


İsa Qəmbər “Belə bir addıma çoxdan ehtiyac vardı” dedi

Son günlər baş verən həbslərlə özləri siyasi məhbusa çevrilən tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Səfərovun birgə tərtib etdiyi siyasi məhbuslar siyahısı mətbuata açıqlanıb. Siyahının hazırlanmasında başqa hüquq müdafiə təşkilatları, ekspertlər, hüquqşünaslar da iştirak edib. Leyla Yunus və Rəsul Səfərov tərəfindən imzalanan siyahı ictimai dəstək qazanmaqdadır.

Avqustun 9-da REAL Hərəkatı bəyanat yayaraq, hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun birgə hazırladıqları siyasi məhbusların siyahısına dəstəyini bildirib. REAL hakimiyyətdən siyasi məhbusların azad edilməsinə çağırış edib.

Müsavat başqanı İsa Qəmbər isə avqustun 10-da öz Facebook səhifəsində Leyla Yunus və Rəsul Səfərovun birgə siyasi məhbus siyahısına dəstək ifadə edib: “Leyla Yunus və Rəsul Cəfərovun birgə təşəbbüsü ilə siyasi məhbusların vahid siyahısının hazırlanmasını və cəmiyyətə təqdim edilməsini müsbət dəyərləndirirəm. Belə bir addıma çoxdan ehtiyac vardı. Müsavat partiyasının belə bir siyahıya yanaşma meyarları kifayət qədər sadədir. İki əsas prinsip var: a) siyasi məhbus olan heç bir şəxs siyahıdan kənarda qalmamalıdır, b) siyasi məhbus olmayan heç bir şəxs bu siyahıda olmamalıdır. Məncə, bu siyahı dediyim meyarlara əsasən cavab verir. Əlbəttə, son günlər həbs edilən günahsız insanlar da bu siyahıya əlavə ediləcək. Yəqin ki, Müsavat partiyası Tərtər rayon təşkilatının sədr müavini Xaqani Məmməd də yaddan çıxmayacaq!”

Ana səhifəXəbərlərREAL və Müsavatdan siyasi məhbus siyahısına dəstək