ReAL üzvünün başının sol tərəfində deformasiya əlamətləri yaranıb

Həkimlər Rahim Şalıyevə ağrıkəsici iynə vurmaq istəsələr də, imtina edib

Source:


Həkimlər Rahim Şalıyevə ağrıkəsici iynə vurmaq istəsələr də, imtina edib

Fevralın 20-də polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka azadlıqdan məhrum olunan ReAL üzvü, bloqqer

Rahim Şalıyev

in səhhətində problemlər yaranıb.

Vəkil Yalçın İmanov fevralın 25-də onunla görüşdən sonra Meydan TV-yə deyib ki, bloqqer döyüləndən sonra başının sol tərəfində deformasiya əlamətləri özünü büruzə verir. Ona görə onun ixtisaslı həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. Dünən Şalıyev başının ağrıdığına görə təcili tibbi yardımın çağrılmasını tələb edib. Həkimlər gəlib ona ağrıkəsici iynə vurmaq istəsələr də, imtina edib.

Vəkil əlavə edib ki, Ombudsman Aparatından Rahim Şalıyevə baş çəkiblər, səbəb onun işgəncələrə məruz qalmasıdır.

ReAL üzvü hazırda Sumqayıt şəhər Polis İdarəinin Müvəqqəti Saxlanma yerində saxlanılır.

Ana səhifəXəbərlərReAL üzvünün başının sol tərəfində deformasiya əlamətləri yaranıb