ReAL üzvlərinin həbsi ilə bağlı bəyanat yaydı

Partiya üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir

Source:
ReAl Hərəkatı
ReAl Hərəkatı

Respublikaçı Alternativ Partiyası (ReAL) üzvlərinə qarşı edilən təzyiqlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ReAl mayın 28-də partiya və bir qrup ictimaiyyət nümayəndəsi ilə birgə keçirilmiş Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak etmiş üzvlərinin həbsini kəskin şəkildə qınayır və onların dərhal azadlığa buraxılmasını tələb edir.

“ReAl üzvləri Azər Qasımlı 30, Elmin Həmzə 25, Nəriman İsmayıl 30, Ərəstun Baxşəliyev 30 sutka müddətinə tamamilə əsassız və qurama ittihamlarla, siyasi sifariş nəticəsində inzibati qaydada həbs ediliblər. Həbsin əsas səbəbi adları çəkilən şəxslərin 28 May yürüşünün təşkilində və keçirilməsində fəal iştirakçılığıdır. ReAl Partiyasının onlarla digər üzvü də müxtəlif polis şöbələrinə dəvət edilibllər ki, bu həbs edilən şəxslərin sayının artması ilə nəticələnə bilər” – sənəddə deyilir.

ReAl öz üzvləri və tərəfdaşlarını, o cümlədən vətəndaşları Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədirdən alınmış pozitiv emosiyalara sahib çıxmağa, Azərbaycanda əsl respublikanın qurulması üçün öz dəstəyini verməyə və ruhdan düşməməyə çağırır.

Ana səhifəXəbərlərReAL üzvlərinin həbsi ilə bağlı bəyanat yaydı