REAL sədri İlqar Məmmədov BMT-nin xüsusi nümayəndəsilə görüşüb

Tərəflər ölkədəki insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və siyasi məhbus məsələləri müzakirə edib

Source:


Tərəflər ölkədəki insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və siyasi məhbus məsələləri müzakirə edib

REAL sədri İlqar Məmmədov BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Michel Forstu 2 Saylı Cəzaçəkmə müəssəsində qəbul edib.

Bu barədə təşkilatın yaydığı açıqlamada deyilir.

Bildirilir ki, görüşdə ölkədəki insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və siyasi məhbus məsələləri müzakirə edilib.

İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı iğtişaşlarına görə həbs olunub, o, 7 il azadlıqdan məhrum edilib. 2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovla bağlı qərar verib,  Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəyib. Bundan əlavə ötən ilin iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb. Toplantının protokolunda göstərilir: “”İlqar Məmmədov Azərbaycana qarşı” işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib”.

Ancaq məhkəmənin qərarına baxmayaraq İ.Məmmədov hələ də həbsdədir.

Ana səhifəXəbərlərREAL sədri İlqar Məmmədov BMT-nin xüsusi nümayəndəsilə görüşüb