ReAL partiyasının daha bir üzvü inzibati həbs cəzası alıb

”Oğlumu 28 May yürüşünə görə tutublar”

Source:
Anar Məmmədov
Anar Məmmədov


”Oğlumu 28 May yürüşünə görə tutublar”

ReAL partiyasının üzvü Anar Məmmədov iyulun 7-də saxlanılıb.

O, Yasamal Rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə 10 sutka inzibati cəza alıb.

Məlumatı Meydan TV-yə Anar Məmmədovun atası Azad Məmmədov verib.

Azad Məmmədov bildirib ki, oğlunu dünən evdən həyətə çağırıblar, guya, maşını sürərkən qonşunun maşınına sürtüb:

“Halbuki, elə şey olmayıb. Sonra dedilər ki, həyətdə söyüş söyürmüş. Əlbəttə, bunlar yalandır, Anarı 28 May yürüşünə görə tutublar. Məhkəmədə də ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi oxundu. Biz apelyasiya şikayəti verəcəyik”.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümündə keçirilmiş bayram yürüşündən sonra ReAL Partiyasının dörd üzvü 30 sutka inzibati həbsə məruz qalıblar.

Ana səhifəXəbərlərReAL partiyasının daha bir üzvü inzibati həbs cəzası alıb