ReAL partiyası yenidən təsis edilib

“Sədrin səlahiyyətləri xeyli azaldılıb”.

Source: Specify Source


Partiya ikinci dəfə təsis qurultayı keçirib

ReAl Partiyasının avqustun 4-də təsis qurultayı keçirilib. Tədbir videokonfrans formatında baş tutub.

5 saata yaxın davam edən və 93 nəfərin iştirak etdiyi qurultay Siyasi Komitəni və Nəzarət Təftiş Komissiyasını seçib.

Bu barədə Meydan TV-yə danışan Siyasi Komitə üzvü Natiq Cəfərli bildirib ki, o da daxil olmaqla quruma 6 nəfər üzv seçilib:

“İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Mahmud Mahmudov və Erkin Qədirli”.

Natiq Cəfərli gələcəkdə Siyasi Komitə üzvlərinin sayının artırıla biləcəyini və Nizamnamədə bunun əksini tapdığını söyləyib:

“Çox güman ki, yaxın zamanlarda komitə əvvəllər partiyaya üzv olan və ya olmayan insanlarla genişləndiriləcək. Eyni zamanda, Siyasi Komitə partiyanın idarəetmə işini öz üzərinə götürəcək”.

Natiq Cəfərli NTK-nin 5 nəfərdən ibarət təşkil edildiyini, amma qurum üzvlərinin daimi olmayacağını, rotasiya qaydasında 3 aydan bir yenilənəcəyini bildirib.

O deyib ki, partiya məclisinin funksiyasını yerli məclis sədrlərinin toplantısı yerinə yetirəcək. Məclis 3 aydan bir toplanacaq və Siyasi Komitə onların qarşısında hesabat verəcək.

Natiq Cəfərli partiya sədrinin Siyasi Komitə tərəfindən seçiləcəyini bildirib:

“Sədrin səlahiyyətləri xeyli azaldılıb. Buna səbəb kollegial idarəetməni genişləndirməkdir. Siyasi Komitə istənilən an sədri istefaya göndərmək səlahiyyətinə malikdir”.

Respublikaçı Alternativ Partiyası (REAL) 2009-cu ilin yanvar ayında Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. 2009-cu ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsi” maddəsinə etiraz olaraq hərəkat elan olunub.

2013-cü ildə hərəkatın sədri İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatılmaq cəhdinə görə həbs olunub və 7 il azadlıqdan məhrum edilib. 2018-ci ilin yayında İlqar Məmmədov şərti azadlığa buraxıldı. Sonradan Ali Məhkəmə ona bəraət verdi.

2018-ci ilin aprelində Real Alternativ Hərəkatı I təsis Qurultayını keçirdi və Real Partiyasının yaradıldığı elan edildi. Bundan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmadığından, partiya ikinci dəfə təsis qurultayı keçirib.

Ana səhifəSiyasətReAL partiyası yenidən təsis edilib