ReAL Partiyası və AMCP dövlət qeydiyyatına alındı

Partiyanın əsas funksionerlərindən olan Erkin Qədirli parlamentdə təmsil olunur.

Source: google.az


Partiya sədrlərinə sertifikat təqdim olunub

Sentyabrın 1-də Respublikaçı Alternativ Partiyası (ReAL) və Azərbaycan Milli Cəbhə Partiyası (AMCP) dövlət qeydiyyatına alınıb.

Sentyabrın 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiyaların qeydiyyata alınması haqqında sertifikatları İlqar Məmmədovla Razi Nurullayevə təqdim edib.

ReAL 2009-cu ilin yanvar ayında Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. 2009-cu ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsi” maddəsinə etiraz olaraq hərəkat elan olunub.

2013-cü ildə hərəkatın sədri İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatılmaq cəhdinə görə həbs olunub və 7 il azadlıqdan məhrum edilib. 2018-ci ilin yayında İlqar Məmmədov şərti azadlığa buraxılıb. Sonradan Ali Məhkəmə ona bəraət verib.

2018-ci ilin aprelində Real Alternativ Hərəkatı I təsis Qurultayını keçirib və Real Partiyasının yaradıldığı elan edilib.

Bu il iyulun 1-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev ReAL Partiyasının sədri İlqar Məmmədovla

görüşüb

. Görüş barədə məlumatı partiya sədri deyib ki, tezliklə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Sonrada o, avqustun 19-da Ədliyyə Nazirliyinə müraciət etdikləri haqda məlumat yayıb.

Partiyanın əsas funksionerlərindən olan Erkin Qədirli parlamentdə təmsil olunur.

Hazırda deputat olan Razi Nurullayev isə əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunub. 2015-ci ildə AXCP-dən ayrılaraq eyniadlı partiya yaratdığını bəyan edib. Bu il, iyulun 18-də isə partiyanın adını dəyişib və Azərbaycan Milli Cəbhə Partiyası kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Ana səhifəSiyasətReAL Partiyası və AMCP dövlət qeydiyyatına alındı