ReAL Partiyası imzaları Milli Məclisə təqdim edib

Sənədlərdə üç sahəyə aid təşəbbüslər əhatə olunur

Source: meydan tv

Sənədlərdə üç sahəyə aid təşəbbüslər əhatə olunur

Respublikaçı Alternativ (ReAL) Partiyası martın 4-də 41 mindən çox imzanı Milli Məclisə təqdim edib.

Məlumatı ReAL Partiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, imzalar özündə üç sahəyə aid təşəbbüsləri əhatə edir:

“Mərkəzi Bankın 2015-ci ilin devalvasiya qərarları nəticəsində yaranmış kredit borclarının dövlətə tərəfindən ödənilməsi, ali təhsilin ödənişsiz əsaslara keçirilməsi və Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi”.

Fevralın 28-də ReAL Partiyasının sədri

İlqar Məmmədov

mətbuat konfransı keçirərək bildirib ki, imzatoplamaya 2018-ci il noyabrın sonunda başlayıblar.

Partiya sədri 3 ayda 41 min 658 imza topladıqlarını söyləyib:

“İmzaların 48 faizi paytaxtdan kənarda toplanmışdı, amma bütün imzaların 60 faizi bölgələrdəndir. Qalan 40 faiz imza verən isə Bakıda qeydiyyatdadır. Yaxın günlərdə imzalar Milli Məclisə təqdim olunacaq. Milli Məclis 2 ay ərzində münasibət bildirməlidir”.

Ana səhifəXəbərlərReAL Partiyası imzaları Milli Məclisə təqdim edib