Klub “Hamı Ukrayna ilə birlikdə” kampaniyasına qoşulub
İspaniyanın “Real” klubu ukraynalılara bir milyon avro bağışlayıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, klub “Real Madrid” fondunun martın 5-də başlatdığı “Hamı Ukrayna ilə birlikdə” kampaniyasına qoşulub. “Real” futbol klubu ukraynalıların ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədiylə bir milyon avro ödəyib.
Bundan başqa, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.
Məlumatda bildirilib ki, “Real Madrid” Fondunun “Hər kəs Ukrayna ilə” kampaniyası, həm Ukraynada, həm də həmsərhəd ölkələrdə məcburi köçkün əhalinin ehtiyaclarını təmin etməyə, eləcə də İspaniyadakı qaçqınları qarşılamağa kömək edən birbaşa ianə kanalı təmin etmək üçün lazım olduğu müddətdə davam edəcək.
Ukrayna milli komandasının qapıçısı Andrey Lunin “Real Madrid”də çıxış edir.
Fevralın 24-də Rusiya Ukraynaya hərbi hücuma keçib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 3 milyon insan Ukraynanı tərk edib. Onlardan 1.4 milyonunun uşaq olduğu qeyd olunur.