REAL İlqar Məmmədovla bağlı bəyanat yaydı

“Onun hər kəsdən və çox şeydən təcrid olunmuş halda, xüsusilə də məlumatsızlıq şəraitində saxlanılması – insanlıq adına böyük bir rəzalətdir”

Source:


“Onun hər kəsdən və çox şeydən təcrid olunmuş halda, xüsusilə də məlumatsızlıq şəraitində saxlanılması – insanlıq adına böyük bir rəzalətdir”

Artıq bir neçə gündür REAL-ın həbsdə olan sədri İlqar Məmmədov haqqında heç bir məlumat yoxdur. Yaranmış qeyri-nüəyyınliklə əlaqədar REAL İdarə Heyəti bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi “İlqar Məmmədov, Tofiq Yaqublu və başqaları” işində qərarını verməklə, ittiham hökmünü İlqar Məmmədova və Tofiq Yaqubluya aid hissədə qüvvədə saxladı. Ertəsi gün Ilqar Məmmədov və Tofiq Yaqublu Şəkidən Bakıya gətirildilər. İlk günlərdə onların harada saxlandığı haqqında dəqiq məlumar yoxdu. Sonra məlum oldu ki, onlar Şüvəlanda saxlanılırlar: “İlqar Məmmədovla əlaqə qurmaq cəhdlərimiz o vaxtdan alınmayıb. Nə Ilqar Məmmədovun özünə ailəsilə görüşmək və sovqat almaq imkan verildi, nə də vəkillərinə onunla görüş almağa. Telefon əlaqəsi belə qadağan olunmuşdu. Bugünədək bu hal davam edir. Bügun 10-cu gündür ki, İlqar Məmmədov həbsxanada hər şeydən təcrid olunmuş şəkildə saxlanılır”.

Respublikaçı Alternativ (ReAl) İdarə Heyəti bu halı, qanunazidd olmaqla yanaşı, qeyri-insani rəftar hesab edir və müxalif siyasi təşkilatın sədrinə qarşı təzyiq kimi dəyərləndirir. Siyasi səhnənin qapadılmasından sonra siyasi rəqiblərlə belə rəftar – ən adi insanlıq meyar və əlamətlərinə kökündən ziddir.

ReAl İdarə Heyətinin dəfələrlə etdiyi xəbərdarlıqlarında xüsusilə vurğulanırdı ki, siyasi təqiblərin YAP itidarına heç bir fayda verməməsi bir yana, cəmiyyətimizdə insani dəyərlərin və mədəni ünsiyyətin təməlini dağıdır. Üstəlik, ölkəmizi xaricdən təzyiqlərə qarşı zəiflədir.

Ilqar Məmmədovun hər kəsdən və çox şeydən təcrid olunmuş halda, xüsusilə də onun öz hal və vəziyyəti haqqında kənarda tam məlumatsızlıq şəraitində saxlanılması – insanlıq adına böyük bir rəzalətdir. Belə qeyri-insani rəftar Ilqar Məmmədovun şəxsiyyətinə və sağlamlığına real təhlükədir.

Respublikaçı Alternativ İdarə Heyəti bu halı qətiyyətlə pisləyir, onu ölkəmiz üçün gerçək və gələcək təhlükə sayır.

ReAl İdarə Heyəti xüsusilə vurğulayır ki, ilk gündən 4 fevral 2013-cü il taruxdən) qanunsuz həbsdə saxlanılan, barəsində tam qərəzli istintaqın aparıldığı və ədalətsizliyi şübhə doğurmayan hökmün verildiyi Ilqar Məmmədovun azadlığa buraxılması gərəyinin önəmi getdikcə artır.

Ana səhifəXəbərlərREAL İlqar Məmmədovla bağlı bəyanat yaydı