REAL-ı partiyaya çevirəcək Təşəbbüs Qrupunun ilk iclası olacaq

Partiyanın təsis qurultayının 2014-cü ilin sonu 2015-ci ilin əvvəli keçirilməsi nəzərdə tutulur.

Source:

Partiyanın təsis qurultayının 2014-cü ilin sonu 2015-ci ilin əvvəli keçirilməsi nəzərdə tutulur.

REAL Hərəkatı mayın 28-də İstiqlaliyyət küçəsindəki abidəni ziyarət edəcək və daha sonra ofisdə tədbir keçirəcək. Bu haqda “Turan İA”-a Hərəkatın icraçı direktoru Natiq Cəfərli bildirib.

O, Hərəkatın partiyaya çevrilməsilə bağlı Təşəbbüs Qrupunun iclasının keçiriləcəyini də nəzərə çatdırıb. Adı çəkilən Təşəbbüs Qrupu bu ilin yanvarında təsis edilib. Hərəkatın partiyaya çevirlməsilə bağlı yerlərdə təşkilatlanma işləri gedir. Partiyanın təsis qurultayının 2014-cü ilin sonu 2015-ci ilin əvvəli keçirilməsi nəzərdə tutulur.

N.Cəfərli hazırkı iclasın Təşəbbüs Qrupunun ilk iclası olduğunu söyləyib.

Ana səhifəXəbərlərREAL-ı partiyaya çevirəcək Təşəbbüs Qrupunun ilk iclası olacaq