ReAL hərəkatı Erkin Qədirlini cəzalandırdı

O, Hərəkatın Məclis Başqanlığından çıxarıldı

Source:


O, Hərəkatın Məclis Başqanlığından çıxarıldı

Mayın 12-də Respublikaçı Alternativ Hərəkatının (ReAL) İdarə Heyətinin növbəti toplantısı qurumun Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirliyə qoyulan qadağalarla yadda qalıb.

ReAL-nin yaydığı açıqlamada bildirilir ki, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub, amma əvvəlki iclaslarda edilən şifahi

xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olundu ki, Erkin Qədirli ReAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın.

Açıqlamada təklifin Hərəkatının İdarə Heyətinin sədri İlqar Məmmədova da öncədən göndərildiyi bildirilib: “İlqar Məmmədov ədalətsiz olaraq, sırf siyasi sifarişlə həbsdə olduğundan, İdarə Heyətinin müzakirələrində və səsverməlirində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb.  İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alıb ki,  Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin, İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də ReAL Hərəkatının fəaliyyətilə bağlı mediaya müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın”.

ReAL İdarə Heyəti Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ku, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək.

Ana səhifəXəbərlərReAL hərəkatı Erkin Qədirlini cəzalandırdı