ReAL-çı namizəd: YAP namizədlərinə üstünlük tanınır

Namizədlərə imza vərəqələri qanunla müəyən olunan beş günün tamamında verildiyi halda, YAP namizədlərinə həmin vərəqələr bir gün ərzində təqdim olunub

Source:


Namizədlərə imza vərəqələri qanunla müəyən olunan beş günün tamamında verildiyi halda, YAP namizədlərinə həmin vərəqələr bir gün ərzində təqdim olunub

42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən deputatlığa namizəd, müxalif ReAl hərəkatının nümayəndəsi Hafiz Babalı seçki prosesi iştirakçılarının bərabərliyinin pozulduğunu bildirib.

Onun bəyanatında qeyd edilir ki, imzalanmış imzatoplama vərəqələrini almış bütün namizədlər üçün bərabər imkanlar yaradılmalıdır. Lakin dairə seçki komissiyaları hakim partiyanın namizədlərinə münasibətdə tərəfkeşliyə yol verir.

Belə ki, namizədlərə imza vərəqələri qanunla müəyən olunan beş günün tamamında verildiyi halda, YAP namizədlərinə həmin vərəqələr bir gün ərzində təqdim olunub.

Təqdim olunmuş imza vərəqələrinə baxılma müddəti 7 gün müəyyən olunsa da, YAP namizədləri üçün sürətli keçid üçün şərait yaradılıb. Onların imza vərəqələrinin və tələb olunan digər sənədlərin lazımı ekspert və başqa təhlili aparılmır.

Nəticədə ölkə üzrə 30-dək YAP namizədi artıq qeydə alınıb. Halbuki, onların namizədliyinin irəli sürülməsindən 8 gün ötüb.

Babalı hakim partiya nümayəndələri üçün belə üstünlüklərin yaradılmasını pisləyir, MSK-nı bütün namizədlər üçün bərabər imkanların yaradılması üzrə tədbirlər görməyə çağırır.

Ana səhifəXəbərlərReAL-çı namizəd: YAP namizədlərinə üstünlük tanınır