ReAL-çı iqtisadçı maliyyə nazirini haqlı sayır

Amma Natiq Cəfərli Samir Şərifova suallar ünvanladı

Source:


Amma Natiq Cəfərli Samir Şərifova suallar ünvanladı

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli maliyyə naziri Samir Şərifovun ANS-ə müsahibəsində bəzi fikirlərini bölüşür.

Bu barədə Facebook səhifəsindəki qeydlərində iqtisadçı Natiq Cəfərli maliyyə nazirinin “manatın məzənnəsini Mərkəzi Bank deyil, bazar müəyyən etməlidir” fikrini haqlı sayıb.

Və ardınca suallar qoyub: “Əslində doğru deyir, haqlıdır, amma hanı o bazarın elementləri? Hardadı o bazarın institutları? Niyə 22 ildir bu institutlar və elementlər yaradılmadı? Hanı qiymətli kağızlar birjası, hanı valyuta birjası? Bazar olacaqsa, bazarın oyunçuları da olmalıdır, lap bazar yarandı, kim orada valyuta satacaq?”.

Natiq Cəfərli bildirib ki, ölkəyə valyuta gətirən iki şirkət var – SOCAR və ABƏŞ (Bp), SOCAR-da idarəetmə bərbaddır, borcu 8 mlrd. dolları keçib, büdcədən dolayı yollarla dotasiyalar alır, idarə rəisinin müavini belə gizli milyonçu, villalar sahibidir, qalır bir ABƏŞ – vəssalam. Yəni, inhisar, korrupsiya, məmur biznesi olan yerdə bazar elementləri yarana bilməzdi. ABƏŞ də nefti çıxardır, daşıyır, satır pulunu verir Neft Fonduna, bax belə bir primitiv modeldə valyuta bazarı, institutlar necə yaranmalı idi?!

İqtisadçı Azərbaycanın idxaldan çox ciddi asılı olduğunu hesab edir: “İstər-istəməz ölkədən valyuta çıxmalıdır ki, mal və məhsullar alınsın, bunu nəzərə alınırmı? Bazar bu tələbi ödəyə biləcəkmi? Çünki, dollar satan bir Mərkəzi Bankdır, bir də Neft Fondu, qalan hamı alıcıdır, belə şəraitdə nə bazar, nə “üzən məzənnə”. Məzənnə necə inzibati idisə, elə də inzibati qaydada müəyyən olunacaq, heç kimi aldatmaq lazım deyil, əsas da özləri-özlərini…”.

Ana səhifəXəbərlərReAL-çı iqtisadçı maliyyə nazirini haqlı sayır