REAL: Bu, insan oğurluğudur

“Toğrul İsmayılov və Elşən Qasımov İlqar Məmmədovun təşviqat materiallarını götürməyə gedərkən küçədə tutulublar”

Source:


“Toğrul İsmayılov və Elşən Qasımov İlqar Məmmədovun təşviqat materiallarını götürməyə gedərkən küçədə tutulublar”

“Respublikaçı Alternativ’ (ReAL) Hərəkatının İdarə Heyəti avqustun 15-də hərəkatın Səbail-Nəsimi Məclisinin başqanı Toğrul İsmayılov və Binəqədi Məclisinin başqan müavini Elşən Qasımovun saxlanılması barədə bəyanat verib.

Bəyanatda bildirilir ki, hər iki “ReAL” üzvü Bakı şəhəri Səbail rayonunun ərazisində naməlum şəxslər tərəfindən saxlanılıb və bilinməyən istiqamətə aparılıblar: “Toğrul İsmayılov və Elşən Qasımov “ReAl”ın həbsdə olan sədri İlqar Məmmədovla bağlı çapdan yenicə çıxmış təşviqat materiallarını (flayerləri) götürməyə gedərkən küçədə tutulublar. Onların haraya aparıldığını öyrənməyə çalışsaq da, saxlandıqları yer haqqında məlumat almaq mümkün olmayıb. Səbail və Nərimanov rayon Polis İdarələrinə, Bakı Şəhəri Baş Polis İdarəsinə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Səbail və Nəsimi rayon Məhkəmələrinə baş vursaq da, Toğrul İsmayılovla Elşən Qasımovun saxlandığı yeri öyrənə bilmədik”.

“ReAL” İdarə Heyəti baş verən hadisəni insan oğurluğu hesab edir və bunu “ReAl”ın siyasi mövqeyinə və fəaliyyətinə qarşı yönəlmiş növbəti qanunsuz basqı kimi dəyərləndirir: “”ReAL” İdarə Heyəti bəyan edir ki, heç bir basqı təşkilatımızı tutduğu yoldan döndərə bilməz. Eyni zamanda, “ReAL” İdarə Heyəti bildirir ki, “ReAl’ın bütün siyasi risklərini və onlarla bağlı məsuliyyəti ancaq və ancaq İdarə Heyəti daşıyır. “ReAL” İdarə Heyəti bütün üzvlərinin nəzərinə çatdırır ki, onların heç biri öz şəxsi həyatını, sağlamlığını və azadlığını “ReAl”a görə qurban verməyə borclu deyil. Üzvlərimiz qanunsuz basqılar və hədələr qarşısında “ReAl”ın rəhbərliyinə qarşı tələb olunan hər bir ifadəni verə bilər.

“ReAL” İdarə Heyəti üçün “ReAL” üzvlərinin şəxsi təhlükəsizliyi hər zaman yüksək önəm daşıyıb və bundan sonra da daşıyacaq”, – deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlərREAL: Bu, insan oğurluğudur