ReAL bir daha seçkilərin nəticələrini tanımayacağını bildirdi

“2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin”

Source:


“2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin”

Respublikaşı Alternativ Hərəkatı oktyabr 27-də parlament seçkiləri haqda yaydığı bəyanatının üzərində qaldığını bildirib.

Bu barədə hərəkatın noyabrın 2-də Meydan tv-yə daxil olan açıqlamasında bildirilir ki, bazar günü keçirilən keçirilən seçkilər Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa yol verilən seçkilərdən biri oldu, kütləvi saxtakarlıq hər dairədə, hər məntəqədə hayata keçirildi. REAL Hərəkatının seçkilərlə bağlı bütün dövrlərinə aid hüquq pozuntularını detallı şəkildə özündə əks etdirən hesabatı yaxın günlərdə yayılacaq.

“REAL Hərakatı bir daha hakimiyyətə xəbərdarlıq edir ki, seçki institutunun və ədalət hissinin məhv edildiyi cəmiyyətlərdə mütləq sosial və siyasi partlayışlar baş verir, ölkələr xaosa yuvarlanır, vətəndaş qarşıdurmasına zəmin yaranır. Azərbaycan hakimiyyəti son seçkilərdə total saxtakarlıq etməklə vətəndaşlarda seçki institutuna inamı tam məhv etdi, ölkədə seçki yolu ilə demokratik dəyişikliklərin olma ehtimalını sıfırladı. Bu isə dövlətimizin və xalqımızın gələcəyi üçün ciddi təhdid və təhlükə yaradır. Hakimiyyəti bu dalandan geri dönməyə, ölkədə rəqabətli və ədalətlü mühiti, seçki institutunu bərpa etməyə çağırırıq”,-deyə bəyanatda vurğulanır.

Hərəkat Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan edir və tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün və seçkilərə ədalətli nəzarət sistemini yaratmaq üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin.

Ana səhifəXəbərlərReAL bir daha seçkilərin nəticələrini tanımayacağını bildirdi