“Razılaşmasaq, evimizi traktorun ağzına verəcəklər”

1 əsrdən çox ömrü olan bina son günlərini yaşayır. Oktyabrın 29-da Qarabağ küçəsindəki binanın sakinlərinə Nəriman rayon 15 gün vaxt verib ki, evlərini boşaltsınlar. Əks halda, evlərini traktorun ağzına verib, sökəcəklərini deyir bina sakini. Şikayətçilərin sözünə görə, adını belə bilmədikləri bir şirkət köhnə binanın yerinə yeni tikili inşa etməyi layihələşdirib. Sakinlərə deyilib ki, pilot layihə əsasında 2 ilə inşa ediləcək binada onlara 25 faiz artırma ilə mənzil veriləcək. Şirkət bu vaxt içində sakinlərə kirayə qalmaq üçün ödənişlər edəcəyini də bildirib. Vətəndaşlar isə bununla razılaşmır.

Sakinlər bələd olmadıqları şirkətə etibar da edə bilmirlər. Ailələr ilə evsiz qalma təhlükəsindən qorxurlar.

Nərimanov rayon İcra Hakimiyyəti isə rəsmi saytında qeyd edib ki, Nazirlər Kabinetinin qərarı əsasında rayondakı köhnə, qəzalı binalar sökülüb, yerinə yeni mənzillər tikilir.

Vətəndaşlara heç bir sənəd verilmədiyindən tikintini hansı şirkətin həyata keçirdiyi bəlli deyil. Lakin icra hakimiyyətinin ötən il yerli mediaya açıqlamasında 16 şirkətin istismar müddəti bitmiş binaların yerində yeni tikililər inşa emək üçün quruma müraciət etdiyi bildirilib. 11 şirkətin tikintiyə başlaması razılaşdırılıb.

Ana səhifəVideo“Razılaşmasaq, evimizi traktorun ağzına verəcəklər”