Razi Nurullayev: Bizdəki mənimsəmə sistemini Qərb alətləri ilə aşkara çıxarmaq mümkün deyil

Deputat Hesablama Palatasının yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçirməsini və metodik vəsaitlərin hazırlanması da təklif edib.

Foto: Milli Məclis


Parlament Hesablama Palatasının hesabatını müzakirə edib

“Aqrar sahədə torpaq münasibətləri sahmana salınmadıqca, bu nöqsanlar qalmağa davam edəcək”

Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli bildirib.

O qeyd edib ki, kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi var:

40219-1542102846.jpg
Əli Məsimli

“Buna görə də onlar subsidiya ala bilmirlər. Mülkiyyət münasibətlərini sahmana salmaqla subsidiya ilə bağlı problem də bundan sonra həllini tapa bilər. Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində 79 nöqsan aşkarlayıb, həmin nöqsanların 18-i subsidiya, 7-si mineral gübrələrlə bağlıdır”.


34 audit üzrə 452 halda nöqsan müəyyən edilib

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Bildirilib ki, Hesablama Palatası tərəfindən 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

Ötən il dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına dair 101, əsaslı vəsait qoyuluçları üzrə qanunvericiliyin pozulmasına dair 82, vergi və gömrük qanunvericiliyinin pozulmasına dair 34, dövlət əmlakının istifadəsi ilə bağlı qanunvericiliyin pozulmasına dair 20, büdcədənkənar fond, sosial təminat və sosial müdafiə üzrə qanunvericiliyin pozulmasına dair isə 16 nöqsan aşkar edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Vüqar Gülməmmədov

Palata Kollegiya qərarlarına əsasən pul və natura ifadəsində 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyən edib.

130,3 milyon manat nöqsanlarla icra edilmiş məbləğin 42,4%-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94%-nin icrası ötən il təmin olunub.

Deputat Elman Nəsirov isə bölgələrdə auditlərin sayının artırılmasını təklif edib:

“Hesablama Palatasının 34 auditindən 33-ü Bakıda, 1-i isə Lənkəranda keçiriib. Bölgələrdə də belə auditlər keçirilsə, yaxşı olar. Digər tərəfdən, bələdiyyələrlə bağlı auditlərin keçirilməsini, sayının artırılmasını təklif edirəm”.


“Bizdəki mənimsəmə sistemini Qərb alətləri ilə aşkara çıxarmaq mümkün deyil”

Deputat Razi Nurullayev bildirib ki, mütləq yeni monitorinq və audit alətləri işləyib hazırlamaq lazımdır:

“Bu sahədə beynəlxalq təcrübə bizə kömək etməyəcək. Çünki biz, əsasən, ənənəvi olaraq Qərb təcrübəsinə meyllənirik. Orada büdcə oğurluqları sadə mexanizmlər üzrə olur və demək olar ki, çox azdır. Bizdə isə mənimsəmə çox mürəkkəb, çoxmərtəbəli və dolaşıq sistem üzrə həyata keçirilir ki, onu Qərb alətləri ilə müəyyən edib aşkara çıxarmaq mümkün deyil. Təzə yerli mexanizm və alətlər hazırlanmalıdır”.

Copy of Copy of Untitled Design.png
Razi Nurullayev


“Büdcə təşkilatlarının maliyyə əməliyyatlar vahid sistemə işlənməlidir”

Deputat Azay Quliyev təklif edib ki, büdcə təşkilatlarının maliyyə əməliyyatlar vahid sistemə işlənməli və Hesablama Palatasının da bu sistemə girişi təmin edilməlidir:

“Bu sistem təşkil olunarsa, bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının auditinə cəlb olunar və heç bir qurum bu auditlərdən kənarda qala bilməz. Bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının işçilərinin sayı artırılmalı, lazım gələrsə, qanunvericiliyə dəyişiklik edilməlidir”.

azay_guliyev_190515_02.jpg
Azay Quliyev

Deputat Hesablama Palatasının yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçirməsini və metodik vəsaitlərin hazırlanması da təklif edib.

Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq təsdiqlənib.

Ana səhifəSiyasətRazi Nurullayev: Bizdəki mənimsəmə sistemini Qərb alətləri ilə aşkara çıxarmaq mümkün deyil