Rayonlar yenə atəşə tutulur, ölən və yaralananlar var (yenilənir)

Müdafiə Nazirliyi ölən və yaralananların olduğunu və Azərbaycan ordusunun adekvat tədbirlər gördüyünü bildirib.

Source: афвыавфа


16.05.


Azərbaycan XİN: Yunanıstandan erməni əsilli vətəndaşlar işğal olunmuş ərazimizə döyüşə gəlir


Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb


Oktyabrın 8-də Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.


Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)



yayıb



.


"Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib”,-deyə XİN bildirib.


Daha sonra qeyd olunub ki, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

***


13.18.


Ermənistan Prezidenti Armen Sarkisyanın qərarı ilə Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib. O, cəmi 4 aydır ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edirdi. Onun əvəzinə isə Mikael Hambardzumyan yeni direktor təyin edilib.

***

Oktyabrın 8-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

Müdafiə Nazirliyi ölən və yaralananların olduğunu və Azərbaycan ordusunun adekvat tədbirlər gördüyünü bildirib.

Ana səhifəSiyasətRayonlar yenə atəşə tutulur, ölən və yaralananlar var (yenilənir)