Rauf Mirqədirovun vəsatətləri təmin edilmədi

Apellyasiya məhkəmə baxışı martın 3-ə təyin edildi

Source:
Rauf Mirqədirov


Apellyasiya məhkəmə baxışı martın 3-ə təyin edildi

Fevralın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Proses qapalı keçirilib.

Mirqədirovun vəkili Fuad Ağayev Meydan TV-yə deyib ki, müvəkkilinin azadlığa buraxılması ilə bağlı 4 vəsatət qaldırıb, lakin vəsatətlərin heç biri təmin olunmayıb.

O, apellyasiya məhkəmə baxışının martın 3-ə təyin edildidiyini söyləyib.

Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.

Beynəlxalq Amnistiya Təşkilatı Rauf Mirqədirovu vicdan məhbusu kimi tanıyır.

Ana səhifəXəbərlərRauf Mirqədirovun vəsatətləri təmin edilmədi