Rauf Mirqədirovun şikayəti təmin edilmədi

Source:

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun qanunsuz olaraq həbsdə saxlanması və vəkilləri ilə görüşə şərait yaradılmaması barədə verilən şikayətə baxılıb.

Proses barədə R. Mirqədirovun vəkili Elmar Süleymanov bildirib ki, şikayətləri təmin edilməyib.

Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ana səhifəXəbərlərRauf Mirqədirovun şikayəti təmin edilmədi