Rauf Mirqədirovun səhhətində problemlər yaranıb

Jurnalist bu gün müalicə müəssisəsinə köçürüləcək

Source:

Jurnalist bu gün müalicə müəssisəsinə köçürüləcək

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov avqustun 25-də tibbi müayinə üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bu barədə Turan-a onun vəkili Fuad Ağayev məlumat verib.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, R.Mirqədirovun səhhətində ciddi problemlər var.  Avqustun əvvəllərində jurnalist Leyla və Arif Yunusların işi üzrə prosesdə dindirilib. O zaman prosesi izləyən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı R.Mirqədirovun çox arıqladığını və ağrılardan əziyyət çəkdiyini demişdi.

R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib.

O, bu ittihamı qəti şəkildə rədd edir. Həbsin əsl səbəbi dövlətə xəyanətdə ittiham olunan Leyla Yunusun layihələrində iştirak etməsidir.

Ana səhifəXəbərlərRauf Mirqədirovun səhhətində problemlər yaranıb