Rauf Mirqədirovun qayınanasının mənzilində də axtarış apardılar

Gültəkin Babaxanova: “Hansısa kağız axtardıqlarını söyləsələr də, heç nə tapmadılar”

Source:

Gültəkin Babaxanova: “Hansısa kağız axtardıqlarını söyləsələr də, heç nə tapmadılar”

Mayın 23-də saat 17 radələrində Respublika Prokurorluğunun (RP) əməkdaşları “Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun qayınanası Gültəkin Babaxanovanın mənzilində axtarış aparıblar.

Meydan TV-yə açıqlama verən Gültəkin Babaxanova bildirib ki, RP əməkdaşları ona axtarış üçün məhkəmə orderi təqdim ediblər: “Onlara Rauf Mirqədirovun 4 il əvvəl Türkiyəyə getdiyini və ümumiyyətlə, bu mənzildə yaşamadığını dedim. Ancaq hansısa kağız axtardıqlarını söyləsələr də, heç nə tapmadılar”.

Olaya münasibətini bildirən vəkil Fuad Ağayevin sözlərinə görə, prokurorluğun fəaliyyət üslubu onu çoxdan təəccübləndirmir: “Raufun heç vaxt yaşamadığı yerlərdə axtarış aparırlar, heç nə tapmırlar, üstəlik protokolun surətini də vermirlər. İldən-ilə bu hüquq-mühafizə qurumunun vəziyyəti daha da pisləşir”.

Ana səhifəXəbərlərRauf Mirqədirovun qayınanasının mənzilində də axtarış apardılar