Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

“Jurnalist müayinə olunsa da, hələ nəticələr açqılanmır”

Source:


“Jurnalist müayinə olunsa da, hələ nəticələr açqılanmır”

Sentyabrın 3-də Nəsimi Rayon Məhkəməsində “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov haqqında həbs qətimkan tədbirinin uzadılması ilə bağlı keçirilən məhkəmə təxirə salınıb.

Meydan TV-yə bu barədə məlumat verən Elmar Süleymanov bildirib ki, prosesə Rauf Mirqədirov da gətirilib: “Ancaq biz hakim Şəlalə Həsənovanın işə baxmasına etiraz etdik. Etirazımızı onunla əsaslandırdıq ki, artıq hakim Həsənova bu işə baxıb və öz qərarını qəbul edib. Müdafiə tərəfi hesab etdi ki, xanım Həsənovanın əvvəlki qərarı ən azı əsassız idi. Ona görə də Şəlalə Həsənovanın bu işə baxmağa qanuni baxımdan hüquqi yoxdur. Hakim vəsatətimizi sədrin qarşısında qaldırdı və prosesin sentyabrın 4-nə qədər təxirə salınması qərara alındı”.

Vəkil Elmar Seleymanov Rauf Mirqədirovun səhhətinin normal olduğunu söylədi: “Amma onun səhhətindəki problemlər spazma xarakterlidir, yəni ağrılar davam edir, təzyiqi qalır. Düzdür, Mirqədirov müayinə olunub, amma hələ nəticələri açıqlanmır. Biz nəticələri gözləyirik”

Ana səhifəXəbərlərRauf Mirqədirovun məhkəməsi təxirə salınıb