Rauf Mirqədirovun məhkəməsi dekabrın 9-da davam edəcək

Vəkil və şahidlərdən prosesin açıqlanmaması barədə iltizam alınıb

Source:


Vəkil və şahidlərdən prosesin açıqlanmaması barədə iltizam alınıb

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə keçirilən prosesdə ittiham şahidlərinin ifadələri davam edib.

Məhkəmə qapalı rejimdə keçirilir. Vəkil və şahidlərdən prosesin açıqlanmaması barədə iltizam alınıb.

Vəkil Fuad Ağayev jurnalistlərə bildirib ki, məhkəmə istintaqı davam edir və növbəti iclas dekabrın 9-na təyin edilib.

Jurnalist Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da Bakıda həbs olunub.  Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri R.Mirqədirovu siyasi məhbus hesab edirlər (Turan İA).

Ana səhifəXəbərlərRauf Mirqədirovun məhkəməsi dekabrın 9-da davam edəcək