Rauf Mirqədirovun məhkəməsi dekabrın 14-də davam etdiriləcək

Vəkil prosesin qapalı keçirildiyini söyləyərək başqa heç bir açıqlama verməyəcəyini bildirib.

Source:


Vəkil prosesin qapalı keçirildiyini söyləyərək başqa heç bir açıqlama verməyəcəyini bildirib

Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə jurnalist Rauf Mirqədirovun qapalı məhkəməsi davam etdirilib.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev şahidlərin ifadə verdiyini deyib. O, prosesin qapalı keçirildiyini söyləyərək başqa heç bir açıqlama verməyəcəyini bildirib.

Proses dekabrın 14-də davam etdiriləcək.

R. Mirqədirov ötən il aprelin 19-da Bakı hava limanında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəXəbərlərRauf Mirqədirovun məhkəməsi dekabrın 14-də davam etdiriləcək