Rauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb

Proses dekabrın 16-dək təxirə salınıb

Source:


Proses dekabrın 16-dək təxirə salınıb

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə qapalı məhkəmə prosesi davam edib.

Məhkəmə istintaqın tamamlanması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, o çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Ona görə proses dekabrın 16-da saat 10.30-da davam edəcək.

Bu barədə Meydan TV-yə vəkil Fuad Ağayev açıqlama verib.

Siyasi icmalçı və jurnalist Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakı hava limanında saxlanılıb. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Eyni ittihamla həbs olunan Leyla və Arif Yunuslar artıq azadlıqdadırlar.

Ana səhifəXəbərlərRauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb