Rauf Mirqədirovun həbs müddəti 5 ay uzadıldı

Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib

Source:


Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib

 Nəsimi Rayon Məhkəməsi tərəfindən R.Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib.

Meydan TV-yə bu barədə danışan vəkil Fuad Ağayev bildirib ki, Rauf Mirqədirov haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb: “Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”.

Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

Rauf Mirqədirov aprelin 19-da saxlanılıb və həbsdə saxlanma müddəti həmin vaxtdan etibarən hesablanır. İki gün sonra məhkəmə onu 3 ay müddətinə həbs edib və iyulda həbs müddətini 4 ay uzadıb.

Jurnalist guya hüquq müdafiəçisi Leyla Yunusun tapşırığı ilə Ermənistanın xeyrinə casusluq etməkdə ittiham olunur.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti 5 ay uzadıldı