Rauf Mirqədirovun həbs müddəti 2 ay uzadıldı

Vəkillər şikayət hazırlayırlar

Source:


Vəkillər şikayət hazırlayırlar

Sentyabrın 4-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbs müddətinin uzadılması haqqında qərar çıxarılıb.

Bu barədə Meydan TV-yə danışan vəkil Elmar Süleymanov bildirib ki, istintaq həbs qətimkan tədbirinin noyabrın 19-na qədər uzadılmasını tələb edirdi. Amma proses zamanı müəyyən olundu ki, əslində, istintaq müddəti 16 noyabra qədər uzadılıb. Ona görə qərar qəbul olundu ki, həbs qətimkan tədbiri noyabrın 16-na qədər uzadılsın.

Vəkil dedi ki, istintaq cinayət işinin hələ başa çatmadığını əsas gətirərək həbs qətimkan tədbirinin 2 ay uzadılması qaldırmışdı: “Amma biz bununla razılaşmırıq və şikayət verəcəyik, artıq şikayət hazırlanır”.

R.Mirqədirov 2014-cü ilin aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və onu Bakı Hava Limanında həbs ediblər. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb.

Jurnalist ittihamı rədd edib.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti 2 ay uzadıldı