Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılması təxirə salınıb

Məhkəmə martın 18-də keçiriləcək

Source:
Rauf Mirqədirov
Rauf Mirqədirov
Rauf Mirqədirov
Rauf Mirqədirov


Məhkəmə martın 18-də keçiriləcək

Martın 3-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması baş tutmayıb.

Bu barədə vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, fevralın 18-də keçirilən iclasda hakim Abid Abdinbəyov bütün vəsatətləri rədd etdi və məhkəmə baxışını martın 3-nə təyin olundu: “Qanunla bizim 1 ay ərzində şikayət etmək hüququmuz var. Bu gün də iclasda bu məsələlər qalxdı və yenə təxirə salındı. Növbəti iclas martın 18-də keçiriləcək”.

Rauf Mirqədirov 2014-cü ilin aprelində dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Ötən ilin dekabrında o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamları təkzib edir.

Ana səhifəXəbərlərRauf Mirqədirovun apellyasiya şikayətinə baxılması təxirə salınıb