Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq

Jurnalist yaxınları ilə ünsiyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyir

Source:


Jurnalist yaxınları ilə ünsiyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyir

İyunun 5-də saat 11:00-da  Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədirliyi ilə Rauf Mirqədirovun şikayətinə baxılacaq.

Vəkil Elmar Süleymanov “Turan İA”a bildirib ki, şikayət Səbail Rayon Məhkəməsinin qərarından verilib.

Elmar Süleymanovun sözlərinə görə, Rauf Mirqədirovun yaxın qohumları ilə görüşünə və telefon danışığına, habelə onun seçimi ilə qəzet və jurnallarla tanış olmaq hüququna müstəntiq İbrahim Ləmbəranski tərəfindən məhdudiyyət qoyulub və məhkəmə bunu qüvvədə saxlayıb.

Ana səhifəXəbərlərRauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq