Rauf Mirqədirovun apellyasiya şikayəti təmin olunmadı

Fuad Ağayev Avropa Məhkəməsinə yollarının açıq olduğunu dedi

Source:


Fuad Ağayev Avropa Məhkəməsinə yollarının açıq olduğunu dedi

Mayın 16-da Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun şikayətinə baxılıb. Ancaq şikayət təmin olunmayıb.

Meydan TV-yə açıqlama verən jurnalistin vəkili Fuad Ağayev bildirib ki, o, Rauf Mirqədirov aprelin 19-dan 21-nə qədər qanunsuz həbsindən məhkəmə iddiası qaldırmışdı.  Ancaq Nəsimi Rayon Məhkəməsi şikayəti təmin etmədiyindən apellyasiya şikayəti verildi.

Vəkil deyib ki, artıq Avropa İnsan Haqları Məhkəməsinə yolları açıqdır.

Fuad Ağayev Rauf Mirqədirovun səhhəti və saxlanma şəraitinin normal olduğunu bildirsə də, jurnalistə tətbiq olunan əvvəlki qadağaların hələ qüvvədə olduğunu dedi: “İndiyə qədər ona müstəqil mətbuat vermirlər, həm də yaxınları ilə nə telefonla əlaqə saxlaya bilib, nə də görüşüb. Bu qanunsuz qadağalarla bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət etmişik”.

Ana səhifəXəbərlərRauf Mirqədirovun apellyasiya şikayəti təmin olunmadı