Növbəti şikayətə iyunun 6-da baxılacaq
İyunun 5-də Bakı Apellyasiya Məhkəməsində “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun şikayətinə baxılıb.
Meydan TV-yə açıqlama verən vəkil Fuad Ağayev bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməməsinin səbəbini izah etməyib: “Yalnız “təmin olunmur” dedilər, vəssalam”.
Jurnalistin yaxınları ilə görüşə icazə verilməməsi, mətbuatla tanış olmaq azadlığının məhdudlaşdırılması haqqında şikayətə isə iyunun 6-da baxılacağı bildirildi.