Rauf Mirqədirovu atasının 40 mərasiminə buraxmadılar

Vəkil Fuad Ağayev baş prokurora, MTN rəhbərinə və müstəntiqə ötən həftə müraciət etdiyini bildirib

Source:

Vəkil Fuad Ağayev baş prokurora, MTN rəhbərinə və müstəntiqə ötən həftə müraciət etdiyini bildirib

İyulun 3-də “Zerkalo” qəzetinin həbsdə olan jurnalisti Rauf Mirqədirovun atasının vəfatından 40 gün keçir. Bu məqsədlə keçiriləcək yas mərasimində jurnalistin iştirakını tımin etmək üçün onun vəkilləri müvafiq  dövlət orqanlarına müraciət etsələr də, müsbət cavab almayıblar.

Bu barədə məhbus jurnalistin vəkili Fuad Ağayev Facebook səhifəsində öz etirazını bölüşüb.

“Bir neçə gün bundan əvvəl müstəntiq İbrahim Ləmbəranski ilə Rauf Mirqədirovun atasının 40 mərasiminə buraxılması barədə telefonla bir neçə dəfə danışdıq. Raufun bu günkü mərasimə gətirilməsi ilə bağlı hələ ötən həftənin əvvəli Baş Prokuror, Baş Prokurorun birinci müavini, Milli Təhlükəsizlik Naziri və müstəntiqə hələ ötən həftə ərizələrimiz göndərilmiş və çatdırılmışdır. İndicə müstəntiqə zəng vurub, Raufun hələ gətirilməməsini bildirdikdə, İ.Ləmbəranski söylədi ki, ona nə bizim məktublar verilib, nə də ki, göstəriş… Bu nə deməkdir?”.

Ana səhifəXəbərlərRauf Mirqədirovu atasının 40 mərasiminə buraxmadılar